Azərbaycanda hava şəraiti ilə əlaqədar dərslər dayandırıldı

  16 Yanvar 2019    Oxunub : 11396
 Azərbaycanda hava şəraiti ilə əlaqədar dərslər dayandırıldı
Təhsil naziri Ceyhun Bayramov Nazirlər Kabinetinin 2019-cu il 16 yanvar tarixli sərəncamının icrasını təmin etmək məqsədi ilə “Təhsil müəssisələrində təlim-tərbiyə prosesinin dayandırılması barədə” əmr imzalayıb.
Azvision.az xəbər verir ki, əmrə əsasən, hava şəraitinin kəskin pisləşəcəyi ilə əlaqədar olaraq 2019-cu il yanvarın 17-si və 18-i respublika ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində təlim-tərbiyə prosesi dayandırılır və bununla bağlı bütün tədbirlər təxirə salınır.

Aytən Zəhra
Azvision.az


Teqlər: Ceyhun-Bayramov   Məktəb   Hava