“Mehman Hüseynovdan istifadə edirlər” – Niyaməddin Orduxanlı

“Mehman Hüseynovdan istifadə edirlər” –    Niyaməddin Orduxanlı
  16 Yanvar 2019    Oxunub:3604
“Xüsusi komanda ilə fəallaşan “5-ci kolon”un nümayəndələri - Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli, Tofiq Yaqublu, Orduxan Temirxan, Tural Sadıqlı və digərlırinin Mehman Hüseynovla bağlı aktivliyi onların öz havadarlarının sifarişini yerinə yetirdiklərini bir daha təsdiq edir. Demokratiya və insan haqlarından dayanmadan danışan bu ünsürlərin belə əməlləri nəyin göstəricisdir və belələrinə qarşı cəmiyyət hansı mövqedə dayanmalıdır?”
Bu sözləri BAXCP sədrinin müavini, QHT sədri Niyaməddin Orduxanlı deyib. O, bildirib ki, “5-ci kolon”un təmsilçiləri ölkədə xaos, hərc-mərclik yaratmaq üçün Mehman Hüseynovla bağlı belə canfəşanlıq nümayiş etdirirlər: “Baş verən proseslər heç də Mehman Hüseynovun hüquqlarının müdafiəsi ilə bağlı məsələ deyil. “5-ci kolon”un əsas məqsədi ölkədə siyasi canlanma yaratmaq və bu fonda Əli Kərimli kimi radikalların planlarını həyata keçirməkdən ibarətdir. Həmin çirkin məqsədlərinə çatmaq üçün Mehman Hüseynov onlar üçün bir vasitəyə, alətə çevrilib. Yəni, Mehmanın məsələsini qabartmaqla ölkədə sabitliyin pozulmasına, kütləvi etiraz aksiyalarının təşkilinə çalışırlar”.

Orduxanlının sözlərinə görə, Mehmanın qardaşı Emin Hüseynov da məqsədyönlü şəkildə məhz bu istiqamətdə çalışır. Onun son dövrlər söyüş ritorikasına qoşulması da təsadüfi deyil. Aydın görünür ki, proses öncədən planlaşdırılıb. Amma Azərbaycan xalqı heç zaman radikalları müdafiə etməyib, onların çirkin məqsədlərinin arxasınca getməyib, yenə də etməyəcək və getməyəcək: “Cəmiyyətimiz baş verənləri düzgün təhlil etməyi bacarır. Azərbaycan xalqı kifayət qədər savadlı, yetkin bir xalqdır. Bu günə qədər radikallar müxtəlif istiqamətdə bir çox layihələr həyata keçirməyə çalışıblar ki, insanları küçələrə çıxara bilsinlər. Ancaq heç vaxt buna nail olmayıblar, yenə də olmayacaqlar. Cəmiyyətimiz ölkədə sabitliyin pozulmasının hansı vəziyyətlərə gətirib çıxaracağını gözəl anlayır”.



Teqlər: Beşinci-kalon   Mehman-Hüseynov  





Xəbər lenti