Rusiyadan heyvan mənşəli məhsulların idxalına qadağa qoyuldu

   Rusiyadan heyvan mənşəli məhsulların idxalına qadağa qoyuldu
  16 Yanvar 2019    Oxunub:1201
Azərbaycan Respublikası ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədi ilə Qida Təhlükəsizliyi Agentliyi əhaliyə xəbərdarlıq edib.
AQTA-dan Azvision.az -a verilən xəbərə görə, xəbərdarlıqda deyilir: "Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı tərəfindən Rusiya Federasiyasının Primorski vilayətinin Mixaylovski rayonunda dabaq xəstəliyi qeydə alınıb.

Bununla əlaqədar olaraq, Rusiya Federasiyasının Primorski vilayətindən heyvan və heyvan mənşəli məhsulların idxalına müvəqqəti məhdudiyyət qoyulması qərara alınıb.

Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi üçün Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Rusiya Federasiyasının Primorski vilayətindən gələn və ya həmin ərazidən tranzit keçən nəqliyyat vasitələrinin gömrük keçid məntəqələrində dezinfeksiya edilməsi ilə bağlı Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə aidiyyatı üzrə müraciət olunub".

Azvision.az


Teqlər: AQTA   Rusiya  





Xəbər lenti