Bütün xəstəxanalar gücləndirilmiş iş rejiminə keçir

 Bütün xəstəxanalar gücləndirilmiş iş rejiminə keçir
  16 Yanvar 2019    Oxunub:2609
Səhiyyə Naziri Oktay Şirəliyev respublika əhəmiyyətli iri tibb müəssisələrinin rəhbərləri ilə şəxsən görüşərək onlara Ekologiya və Təbii Sərvətlər Nazirliyinin hava şəraitinin kəskin dəyişəcəyi ilə bağlı xəbərdarlığını nəzərə alıb, gücləndirilmiş iş rejiminə keçmələri barədə tapşırıqlar verib.
Səhiyyə Naziliyi Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, digər tibb müəssisələrinin rəhbərlərinə telefonoqrammalar göndərilib. Tibb müəssisələri tam hazır vəziyyətə gətirilib.

Aytən Zəhra
Azvision.az


Teqlər: Xəstəxana  





Xəbər lenti