Ramin Quluzadənin rəhbərliyi ilə operativ qərargah yaradılıb

  16 Yanvar 2019    Oxunub : 664
 Ramin Quluzadənin rəhbərliyi ilə operativ qərargah yaradılıb
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə 16-18 yanvar tarixinə proqnozlaşdırılan hava şəraiti ilə əlaqədar nazirliyin tabeliyindəki qurumların rəhbərləri ilə görüş keçirib.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, nazirin rəhbərliyi ilə operativ qərargah yaradılıb.

Əhalinin nəqliyyat, telekommunikasiya, poçt, o cümlədən internet, mobil rabitə xidmətləri, radio-televiziya yayımı ilə fasiləsiz şəkildə təmin edilməsinə dair müəssisə rəhbərlərinə tapşırıqlar verilib.

Nəqliyyat və rabitə obyektlərinin mühafizəsinin və yanğın təhlükəsizliyinin, eləcə də açıq havada işləyən işçilərin təhlükəsizliyinin təmin edilməsi üzrə müvafiq tədbirlər görülməsi barədə göstəriş verilib.

Qəza xidmət briqadaları hazırlıq vəziyyətinə gətirilib və növbətçi hissələr təşkil edilib.

Azvision.az

Teqlər: Nazir   RYTN