Azərbaycan XİN Lavrovun cavabını verdi

   Azərbaycan XİN Lavrovun cavabını verdi
  17 Yanvar 2019    Oxunub:4616
"Biz Rusiya xarici işlər nazirinin öz vətəndaşının həbsi ilə bağlı məsələlərlə maraqlandığını anlayışla qarşılayırıq"
Azvision.az xəbər verir ki, bu barədə “Trend”ə Rusiya xarici işlər naziri Sergey Lavrovun Azərbaycanda həbs olunmuş erməni əsilli Rusiya vətəndaşı ilə bağlı ona ünvanlanan suala verdiyi cavaba münasibət bildirən Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva deyib.

XİN rəsmisi vurğulayıb: “Eyni zamanda, Rusiya rəsmisinin öz vətəndaşı olan və Azərbaycanın işğal olunmuş ərazilərində girov götürülərək, qondarma məhkəmə qərarı ilə ömürlük həbs cəzasına layiq görülən Dilqəm Əsgərovun məsələsinə xüsusi maraq göstərəcəyini və onun geri qaytarılması ilə bağlı səylərini artıracağını gözləyirik".

Qeyd edək ki, S.Lavrov Azərbaycanda həbs olunmuş erməni əsilli Rusiya vətəndaşı ilə bağlı suala cavabında “ümid edirəm ki, dialoq və hüquqi normalara əsaslanan qərarlar vasitəsilə hər kəsi qane edən nəticələrə gəlib çıxacağıq və bu vətəndaşı qaytara biləcəyik”- deyə bildirib.

Azvision.az



Teqlər: XİN   Lavrov  





Xəbər lenti