Bakıdan Naxçıvana 15 mindən çox sərnişin daşınıb

  17 Yanvar 2019    Oxunub : 968
Bakıdan Naxçıvana 15 mindən çox sərnişin daşınıb
Ötən il İran İslam Respublikasının ərazisindən keçməklə Naxçıvan-Bakı-Naxçıvan marşrutunda işləyən avtobusların fasiləsiz fəaliyyət göstərməsi təmin edilib.
Azvision.az xəbər verir ki, il ərzində Naxçıvandan Bakıya 14 min 693, Bakıdan Naxçıvana 15 min 43 sərnişin daşınıb. Həmçinin muxtar respublika sakinlərinin paytaxt Bakışəhəri ilə əlaqəsinin daha da genişləndirilməsi və vaxt itkisinin azaldılması məqsədilə Naxçıvan-Bakı-Naxçıvan marşrutunda axşam reysi fəaliyyətə başlayıb.

Azvision.az

Teqlər: Naxçıvan   Avtobus