İşıqforlar işləyir, nəqliyyatın hərəkətində problem yoxdur - BNA

  17 Yanvar 2019    Oxunub : 1015
 İşıqforlar işləyir, nəqliyyatın hərəkətində problem yoxdur - BNA
Bakıda güclü külək avtobus dayanacağının pavilyonunu uçurub.
Azvision.az -ın məlumatına görə, hadisə Əbdürrəhim bəy Haqverdiyev küçəsində qeydə alınıb.

Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, hadisə nəticəsində xəsarət alan olmayıb: "Məlumat daxil olan kimi texniki personal əraziyə cəlb edilib. Yaranmış problem qısa müddətdə aradan qaldırılacaq”.

M.Ağayev, həmçinin qeyd edib ki, təhlükəli hava şəraiti ilə əlaqədar şəhər nəqliyyatının hərəkətində, o cümlədən işıqforların fəaliyyətində problem yaşanmayıb.

Aytən Zəhra
Azvision.az

Teqlər: BNA