Arzu Rəhimov Hacıqabulda vətəndaşları qəbul edib

Arzu Rəhimov Hacıqabulda vətəndaşları qəbul edib
  17 Yanvar 2019    Oxunub:2320
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov yanvarın 17-də Hacıqabul şəhərindəki Heydər Əliyev Mərkəzində Şirvan, Kürdəmir, Saatlı, Sabirabad, Salyan, Hacıqabul, Neftçala şəhər və rayonlarından olan vətəndaşları qəbul edib.
Xidmətdən Azvision.az -a verilən xəbərə görə, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin yanvar ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq keçirilən qəbulda vətəndaşlar əsasən, SHXÇDX-nə həqiqi hərbi xidmətə və ya işə qəbul, övladlarının gələcək müddətli həqiqi hərbi xidmət yerinin mü­əy­yən­ləş­dirilməsi, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququnun verilməsi, veteran adının və vəsiqəsinin verilməsi, eləcə də digər məsələlərlə əlaqədar müraciət ediblər. Qəbulda 25 vətəndaş iştirak edib.

Xidmət rəisi, general-leytenant Arzu Rəhimov hər bir müraciəti dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun olaraq qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.

Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.

Azvision.az


Teqlər: Qəbul   SHXÇDX  





Xəbər lenti