Azərbaycanla İran hərbi əməkdaşlığı genişləndirir

   Azərbaycanla İran hərbi əməkdaşlığı genişləndirir
  17 Yanvar 2019    Oxunub:2288
Müdafiə naziri general-polkovnik Zakir Həsənov yanvarın 17-də Azərbaycanda rəsmi səfərdə olan İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Baqerinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, görüşdə iki gün ərzində işçi qruplarda aparılan danışıqların nəticələri müzakirə edilib və hərbi əməkdaşlığın digər istiqamətlərində münasibətlərin genişləndirilməsi ilə bağlı bir daha fikir mübadiləsi aparılıb.



Tərəflər icra edilən tədbirləri yüksək qiymətləndirərək bu cür qarşılıqlı səfərlərin keçirilməsinin vacibliyini xüsusi vurğulayıblar.

Azvision.az



Teqlər: İran   Aərbaycan   MN  





Xəbər lenti