DTX Muzeyə numizmatik materiallar hədiyyə edib - FOTO

DTX Muzeyə numizmatik materiallar hədiyyə edib -    FOTO
  17 Yanvar 2019    Oxunub:2117
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən Milli Azərbaycan Tarixi Muzeyinə tarixi əhəmiyyət kəsb edən numizmatik əşyalar hədiyyə edilib.
DTX-dan Azvision.az -a verilən məlumata görə, Muzeyin Numizmatika fonduna təhvil verilən 142 ədəd materialdan 36 ədədi sikkə, qalanları isə kağız pul və bonlardan ibarətdir. Sikkələr XVI-XIX əsrləri əhatə edir, kağız pul və bonlar isə XX əsrə aiddir.



Muzeyə verilən bu numizmatik materiallar Numizmatika Fondunun kolleksiyasını zənginləşdirilməsində və tədqiqi baxımından mühüm tarixi əhəmiyyətə malikdir.



Azvision.az



Teqlər: DTX   Muzey  





Xəbər lenti