ABŞ-da öldürülən azərbaycanlının cənazə xərclərini fond üzərinə götürdü

ABŞ-da öldürülən azərbaycanlının cənazə xərclərini fond üzərinə götürdü
  17 Yanvar 2019    Oxunub:1813
Bu il yanvarın 15-də ABŞ-ın Şimali Karolina ştatında yaşayan 29 yaşlı soydaşımız Elçin Xəlilovun Şarlot şəhərində sahibi olduğu telefon mağazasında qətlə yetirilməsi xaricdə yaşayan soydaşlarımızı və Azərbaycan ictimaiyyətini çox məyus edib.
Diasporla İş üzrə Dövlət Komitəsindən Azvision.az -a verilən məlumata görə, qısa müddət ərzində həmvətənlərimiz və digər icma nümayəndələri onun ailəsinə kömək məqsədi ilə pul vəsaiti toplayıb.

Qeyd olunub ki, Diasporla İş üzrə Dövlət Komitəsi hadisəni diqqət mərkəzində saxlayır və soydaşımızın cənazəsinin Azərbaycana gətirilməsi ilə bağlı tədbirlər görür. Belə ki, cənazənin Azərbaycana gətirilməsi xərclərini Azərbaycan Diasporuna Dəstək Fondu öz üzərinə götürüb.

"Dövlət Komitəsinin rəhbərliyi və kollektivi baş vermiş qətl hadisəsi ilə bağlı kədərləndiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir".

Azvision.az


Teqlər: Diaspora   ABŞ  





Xəbər lenti