Sumqayıtda küləyin sürəti 40 m/s çatıb

 Sumqayıtda küləyin sürəti 40 m/s çatıb
  17 Yanvar 2019    Oxunub:3637
17 yanvar saat 15:00-a olan məlumata əsasən Bakıda və Abşeron yarımadasının bəzi yerlərində şimal-qərb küləyinin maksimal sürəti 30 m/s, Sumqayıtda küləyin ani, maksimal sürəti 40 m/s çatıb.
Azvision.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyində yaradılan Qərargahın yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, dalğanın hündürlüyü açıq dənizdə 7,5 metrdir. Respublika ərazisinin əksər rayonlarında yağış, dağlıq və dağətəyi rayonlarda isə qar yağır. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 2 dərəcə isti, dağlıq rayonlarda 1-3 dərəcə şaxta, dağətəyi rayonlarda 0-3 dərəcə isti aran rayonlarda 4-6 dərəcə isti təşkil edir.

Azvision.az


Teqlər: ETSN   Qərargah  





Xəbər lenti