Ziyafət Əsgərov komitənin gündəliyini açıqladı
Ziyafət Əsgərov deyib ki, dəyişikliklər və əlavələr uyğunlaşma xarakterlidir. Belə ki, 2016-cı il sentyabrın 26-da keçirilən referendumla Konstitusiyamıza xeyli dəyişikliklər və əlavələr edildi. Onlardan biri də Konstitusiyanın 9-cu maddəsində edilən dəyişiklik idi. Həmin maddəyə müvafiq olaraq 2017-ci ilin dekabrına “Silahlı Qüvvələr haqqında” Qanun qəbul edildi, eyni zamanda, “Sərhəd Qoşunları haqqında” Qanunun əsasında yeni “Sərhəd mühafizə orqanları haqqında” qanun qəbul olundu. Hazırda göstərilən dəyişikliklər hər iki qanuna uyğunlaşma xarakteri daşıyır.
“Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə görə, sənədin 6.4-cü maddəsindən sonra “Bu Qanunun 6.4.1-ci maddəsində nəzərdə tutulmuş sənəd üzrə məlumatların elektron informasiya sistemindən əldə edilməsi mümkün olduğu hallarda həmin sənəd vətəndaşlardan tələb olunmur” məzmunlu qeyd əlavə ediləcək. Deputatlar qanun layihələrini Milli Məclisin plenar iclasına tövsiyə ediblər.
Azvision.az