Finlandiyada erməni təxribatının qarşısı alınıb

  17 Yanvar 2019    Oxunub : 1111
 Finlandiyada erməni təxribatının qarşısı alınıb
Finlandiya Azərbaycanlılarının Koordinasiya Şurasının əlaqələndiricisi və Azərbaycan Türk gənclər təşkilatının rəhbəri Ülviyyə Cabbarova və təşkilatın üzvü Leyli Hüseynova tərəfindən erməni təxribatının qarşısı alınıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən Azvision.az -a verilən məlumata görə, belə ki, müxtəlif ölkələrdə davam edən Beynəlxalq Turizm sərgilərinin növbətisi 16-20 yanvar tarixlərində Finlandiyada keçirilir. Helsinkidə Matkamessuda keçirilən turizm sərgisinə qatılan erməni şirkəti tərəfindən Azərbaycan ərazisi “Artsax” kimi təqdim edilib.

Soydaşlarımız Ü.Cabbarova və L.Hüseynova sərgi keçrilən yerə gedərək ermənilərin burada təxribatla məşğul olduqlarını və Qarabağın Azərbaycan ərazisi olduğunu, “Artsax” adı altında Qarabağa turist cəlb edilməsinin təxribat xarakterli olduğunu onların nəzərinə çatdırıblar.

Erməni şirkəti ilə uzun mübahisədən sonra Ü.Cabbarova sərginin təşkilatçı admnistratorunu Ermənistan stendinə dəvət edib və durumu ona anladaraq Qarabağın Azərbaycan ərazisi olduğunu təsdiq edən beynəlxalq sənədləri təqdim edib. Bundan sonra, soydaşlarımızın təkidi və Admnistratorun göstərişi ilə Qarabağın Ermənistan ərazisi kimi göstərildiyi xəritə və broşürlər sərgidən yığışdırılıb.

Azvision.az

Teqlər: Diaspor   Təxribat   Finlandiya