Dənizdə dalğanın hündürlüyü 9,3 metrə çatıb

 Dənizdə dalğanın hündürlüyü 9,3 metrə çatıb
  18 Yanvar 2019    Oxunub:3249
17 yanvar saat 21:00-a olan məlumata əsasən, Bakıda və Abşeron yarımadasının bəzi yerlərində şimal-qərb küləyinin maksimal sürəti 26-31 m/s təşkil edir.

Bu barədə Azvision.az -a Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) yaradılan Qərərgahdan məlumat verilib.
Bildirilib ki, dalğanın maksimal hündürlüyü açıq dənizdə 9,3 metr olub. Hazırda ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur, dağlıq və dağətəyi rayonlarda qar yağır.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 1-2 dərəcə isti, dağlıq rayonlarda 2-4 dərəcə şaxta təşkil edir.

Azvision.az



Teqlər: ETSN   Hava  





Xəbər lenti