“Dövlət qurumları işlərini düzgün qurdular” - ETSN rəsmisi

  17 Yanvar 2019    Oxunub : 1266
 “Dövlət qurumları işlərini düzgün qurdular” - ETSN rəsmisi
"Hava şəraitinin kəskin dəyişməsi, temperaturun birdən-birə 10 dərəcəyədək enməsi fəsadlara səbəb ola bilər. Bununla əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən bütün dövlət qurumlarına iki gün əvvəldən xəbərdarlıq edilib ki, qabaqlayıcı tədbirlər görə bilsinlər. Bununla da biz üzərimizə düşən vəzifəni yerinə yetiririk"
Azvision.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bu gün keçirilən brifinqdə deyib.

Nazirlik rəsmisi qeyd edib ki, xüsusi hidrometeoroloji hadisə ilə bağlı əvvəlcədən xəbərdarlığın verilməsi vacib və zəruridir: “Xəbərdarlıqdan sonra bütün qurumlar baş verə biləcək hadisələrin qarşısını almaq üçün gücləndirilmiş iş rejiminə keçib. Şükürlər olsun ki, hər hansı bədbəxt hadisə qeydə alınmayıb. Bu onu göstərdi ki, ölkəmizdə bütün qurumlar, nazirliklər yüksək səviyyədə hazırlıq tədbirləri görür, işlərini əlaqəli şəkildə düzgün qururlar. Təhlükəsizlik məqsədilə həyata keçirilən tədbirlər müntəzəm olaraq mətbuatda işıqlandırılır”.

Azvision.az

Teqlər: ETSN