“Güclü küləyə baxmayaraq, qəza olmayıb” - “Azərenerji”
Əksinə, temperaturun 10 dərəcə aşağı düşməsi ilə əlaqədar tələbat artdığından 16 yanvar tarixi ilə müqayisədə daha çox elektrik enerjisi istehsal edilib və ötürülüb. Belə ki, yanvar ayının 16-da 70.2 milyon kvts elektrik enerjisi istehsal edilmişdirsə, yanvarın 17-də 71.3 milyon kvts və ya 1.1 milyon kvts artıq elektrik enerjisi istehsal edilib. Eyni zamanda, qonşu ölkələrə yanvarın 16-da 7.5 milyon kvts elektrik enerjisi ötürüldüyü halda, yanvarın 17-də 7.8 milyon kvts elektik enerjisi ixrac edilib.
Azvision.az
Teqlər: Azərenerji