“Bu saatadək hər hansı fövqəladə hal qeydə alınmayıb”

“Bu saatadək hər hansı fövqəladə hal qeydə alınmayıb”
  18 Yanvar 2019    Oxunub:1700
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti (ASCO) yanvarın 17-də Xəzər dənizi akvatoriyasında və Abşeron yarımadasında hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar maksimum dərəcədə təhlükəsizlik tədbirləri görüb.
ASCO-dan Azvision.az -a verilən məlumata görə, Xəzərdə üzən bütün gəmilərinə hava şəraitinin kəskin dəyişəcəyi və görülməli olan tədbirlər barədə iki gün öncədən yazılı məlumat göndərib, müvafiq tapşırıqlar verib.

Tapşırığa əsasən baş verə biləcək fövqəladə hadisələrə qarşı dərhal müvafiq tədbirlərin görülməsi məqsədilə ASCO-ya məxsus gəmilər növbətçi təyin olunub. Belə ki, “Vixr-3”, “Qubadlı”, “Nefteqaz-58”, “Lütoqa”, “Andoqa” gəmiləri Neft Daşları-Günəşli-Cilov, “Aura” və “Yarenqa” gəmiləri Abşeron, “İrgiz” və “Kapitan Ağasıyev” gəmiləri Bakı-Bahar, “Vixr-9”, “Vixr-5”, “Zirə”, “Mərdəkan” və “Sumqayıt” gəmiləri isə Qaradağ-MPS-Ümid rayonlarında təhlükəsizliyin təmini istiqamətində xidmət həyata keçiriblər.

Bununla bərabər, “Salyut” və “Hövsan-5” gəmiləri ASCO-nun sahil obyektləri ərazisində növbətçiliyə cəlb olunublar.

Bu saatadək hər hansı fövqəladə hal qeydə alınmayıb. Həmçinin qeyd edilib ki, ASCO-da hava şəraitinin kəskin dəyişməsi ilə bağlı həyata keçirilən bütün tədbirlər əlaqələndirilib və mərkəzləşdirilmiş nəzarət gücləndirilib.

Azvision.az


Teqlər: Gəmi   Dəniz   ASCO  





Xəbər lenti