Sümüyə “işləyənlər” - KARİKATURA

  Sümüyə “işləyənlər” -    KARİKATURA
  18 Yanvar 2019    Oxunub:6703
Artıq Avropa Parlamenti Azərbaycana qarşı ikiüzlü siyasətini, ermənipərəst mövqeyini gizlətmir. Daha doğrusu, aşkar şəkildə nümayiş etdirir və bu yolla ölkəmizə siyasi təzyiq göstərməyə can atır.
Həbsdə olan blogger Mehman Hüseynovun cəmi bir gün aclıq etməsi Avropa Parlamentindəki anti-Azərbaycan qruplaşması üçün göydəndüşmə fürsət oldu. Bu səbəbdən ötən gün tələm-tələsik dinləmə keçirərək, Azərbaycana qarşı qətnamə qəbul etdilər. Sözsüz ki, bu qətnamələrin heç bir hüquqi çəkisi yoxdur. Amma məsələnin diqqət çəkən tərəfi başqadır.

Dinləmələrdə çıxış edən məruzəçilərdən biri - Sesilia Malmström adlı parlamentari, şübhə yox ki, Mehmanı tanımır, onun kim olduğunu, hansı səbəbdən həbs edildiyini bilmir. Çıxışından hiss olunurdu ki, müdafiə etdiyi şəxsin adını ilk dəfə ona təqdim olunan çıxış mətnində görüb. O, rabitəsiz nitqilə diqqətə çatdırmağa çalışırdı ki, Mehman guya 23 gündür aclıq edir. Təsəvvür edin, Mehmanın özü mətbuata yazılı müraciət edir, aclıq aksiyası keçirmədiyini bəyan edir. Bunlar isə israrla dünyaya car çəkilər ki, gənc bloger 23 gündür acdır. Bu cür absurdu necə izah etmək olar?

Dinləmədə söz alan digər çıxışçı Julie Ward isə öz əqidədaşının yalanını yerincədə faş etdi. Bildirdi ki, Mehman aclığı dayandırıb. Bu etiraf məsələnin mahiyyətindən – “Mehman şou”sunun sirafişli olduğundan xəbər verirdi. Çox keçmədi ki, öz yalanlarını üzə çıxardılar.

Məlum "təcili qətnamə”nin həmmüəlliflərindən biri Rebekka Harms (Almaniya, Yaşıllar qrupu) Corc Sorosun təsiri altında olan şəxsdir və Portuqaliya Sosialist Partiyasının funksioneri, Anna Mariya Qomeş kimi bununla fəxr edir. Bu, həmin Qomeşdir ki, dünənki dinləmədə yenə öz ampluasında idi, Azərbaycanın ünvanına sağa-sola ittihamlar yağdırırdı. Kariyerası çikaba batan portuqaliyalı Qomeş və digər həmfikirləri üçün Mehmanın ac, yaxud tox olması o qədər də önəmli deyil və olmayaq da. Sadəcə üzərilərinə düşən "vəzifəni" yerinə yetirdilər - Danışdılar və qəbul etdilər.

Göründüyü kimi hər şey bəllidir: Sifarişi verən də, Avropa Parlamentində qabağına sümük uzadılanlar da. Belə məqamda yaxşı deyiblər: İt hürər, karvan keçər.

Elvin Abdulqədirov
Azvision.az



Teqlər: AP   Qətnamə   Karikatura  





Xəbər lenti