Nazirlik “ifrat təhlükəli” məsələsinə aydınlıq gətirdi

 Nazirlik “ifrat təhlükəli” məsələsinə aydınlıq gətirdi
  18 Yanvar 2019    Oxunub:8121
Ekologiya və Təbii Sərvətlər Nazirliyi "ifrat təhlükəli" ifadəsinə aydınlıq gətirib.

Azvision.az -ın məlumatına görə, nazirliyin Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva bildirib ki, təhlükəli hidrometroloji hadisələr müəyyən kateqoriyaya bölünür:
"Təlimatlara uyğun olaraq, əgər küləyin maksimal sürəti saniyədə 40 metrə yaxınlaşır və dənizdə dalğanın hündürlüyü 6-8 metrə qədər inkişaf edirsə, bu, qəbul olunmuş meyarlara görə, ifrat təhlükəli- hidrometroloji hadisə katoqoriyasına aid olan prosesdir. Bizim vəzifə borcumuzdur ki, belə bir başlıqla məlumatı təşkilatlara çatdıraq".

U.Tağıyeva qeyd edib ki, hidrometroloji hadisələr təhlükəli və xüsusi təhlükəli hidrometroloji hadisə kateqoriyasına aid olur. Onun sözlərinə görə, ötən gün ölkə ərazisində olan hadisə xüsusi təhlükəli kateqoriyaya aiddir.

Aytən Zəhra
Azvision.az



Teqlər: ETSN  





Xəbər lenti