“Bu xidmətlər yalnız “ASAN”-da həyata keçiriləcək” - Elnur Niftəliyev

   “Bu xidmətlər yalnız “ASAN”-da həyata keçiriləcək” -    Elnur Niftəliyev
  18 Yanvar 2019    Oxunub:10469
"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında 17 yanvar 2019-cu il tarixli fərmanından irəli gələn müvafiq xidmətlər Bakı şəhərində alternativsiz olaraq "ASAN Xidmət" mərkəzlərində göstəriləcək"
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, regionlarda vəziyyət bir qədər fərqlidir: "Tutaq ki, Qubada "ASAN Xidmət" mərkəzi olduğu üçün yalnız Quba sakinlərinə bu xidmətlər alternativsiz olacaq. Yəni onlar xidmətləri yalnız "ASAN Xidmət" mərkəzlərindən alacaqlar. Amma mərkəzin xidmət göstərdiyi qonşu rayonun sakinləri həm Quba "ASAN Xidmət", həm də digər dövlət qurumlarından xidmət ala biləcəklər".

E.Niftəliyev qeyd edib ki, daha çox müraciət olunan dövlət xidmətləri ilə bağlı təhlillər aparılacaq: "Ola bilsin ki, gələcəkdə pəncərələrin və əməkdaşların sayı artırılsın. Bu təhlillərin nəticəsi olaraq fərmanın icrasına qısa müddətdə başlanılacaq".

Elvin Abdulqədirov
Azvision.az



Teqlər: ASAN-Xidmət  





Xəbər lenti