Xəstə sərnişinə görə əlverişsiz havada uçuş həyata keçirildi

Xəstə sərnişinə görə əlverişsiz havada uçuş həyata keçirildi
  18 Yanvar 2019    Oxunub:1834
“Silk Way Helicopter Services” (SWHS MMC) gecə saatlarında, əlverişsiz hava (qasırğa) və məhdud görüntü şəraitində xəstə sərnişinin təcili tibbi təxliyəsi üçün “Şahdəniz Bravo” platformasına uçuş həyata keçirib.
“Silk Way Helicopter Services”in mətbuat xidmətindən Azvision.az - a verilən məlumata görə, uçuş bütün struktur bölmələrin ahəngdar fəaliyyəti və aviaşirkətin pilotlarının peşəkarlığı sayəsində müvəffəqiyyətlə yerinə yetirilib.

Sərnişin uğurlu şəkildə xəstəxanaya çatdırılıb və həyatı üçün heç bir təhlükə yoxdur.

Azvision.az




Teqlər:





Xəbər lenti