Dövlət Agentliyinin nümayəndə heyəti Özbəkistana gedib

Dövlət Agentliyinin nümayəndə heyəti Özbəkistana gedib
  19 Yanvar 2019    Oxunub:1812
14-17 yanvar 2019-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndə heyəti Özbəkistan Respublikasına səfər edib.
Azvision.az xəbər verir ki, səfər Özbəkistan Respublikasının Ədliyyə Nazirliyinin yanında Dövlət Xidmətləri Agentliyinin dəvəti ilə həyata keçirilib.

Səfər çərçivəsində “ASAN xidmət” təcrübəsinin Özbəkistanla bölüşülməsi, müvafiq sahədə həmin ölkədə həyata keçirilən fəaliyyətlə tanışlıq və gələcək əməkdaşlıq imkanları müzakirə edilib.

Özbəkistan Respublikasının ədliyyə naziri Ruslanbek Davletov ilə keçirilmiş görüş zamanı Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış “ASAN xidmət”in fəaliyyəti, uğurları barədə məlumat verilib, Özbəkistan tərəfi ilə əməkdaşlıq sahəsində fikir mübadiləsi aparılıb. Həmçinin yüksək nailiyyətlərinə görə "ASAN xidmət"in 2015-ci ildə BMT-nin Dövlət Xidmətləri mükafatına layiq görüldüyü vurğulanıb.

Özbəkistan ədliyyə naziri Azərbaycan ilə Özbəkistan arasında münasibətləri yüksək qiymətləndirərək, dövlət xidmətlərinin göstərilməsi sahəsində tərəflər arasında əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalanması niyyətini bildirib.

Həmçinin qurumlar arasında qeyd edilən sahə üzrə geniş təcrübə mübadiləsinin həyata keçirilməsi baxımından razılıq əldə olunub.

Sonra Daşkənd və Buxara şəhərlərində yerləşən Dövlət Xidmətləri Mərkəzlərinə tanışlıq səfəri təşkil olunub.

Azvision.az


Teqlər:





Xəbər lenti