Milli Şura Bakıda mitinq keçirdi - VİDEO+FOTOLAR

 Milli Şura Bakıda mitinq keçirdi -  VİDEO+FOTOLAR
  19 Yanvar 2019    Oxunub:69269
Müxalifətin özünü Milli Şura adlandıran radikal qrupu Bakıda mitinq keçirib.

Azvision.az xəbər verir ki, aksiya Bakı Şəhər İcra Hakimiyyətinin razılığı ilə Yasamal rayonunda yerləşən "Məhsul" stadionunda baş tutub.
Bir qrup müxalifətçinin ənənəvi ssenari üzərində qurulan toplanışı əvvəlkilərdən heç nə ilə fərqlənməyib. Yenə eyni simalar tribunaya dəvət olunub, illərlə təkrarlanan fikirlər, şüarlar səsləndirilib.

Bakı Şəhər Baş Polis İdarəsinin yaydığı məlumata görə, saat 15.00-dan 17.00-dək davam edən toplantıda Milli Şuraya daxil olan partiyaların, hərəkatların, eləcə də müxalifətyönümlü bir sıra qeyri-hökumət və gənclər təşkilatlarının ümumi sayı 2800 (iki min səkkiz yüz) nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib.



































Azvision.az


Teqlər: Mitinq   Milli-Şura  





Xəbər lenti