20 Yanvar əlillərinə və şəhid ailələrinə birdəfəlik maddi yardım verildi

 20 Yanvar əlillərinə və şəhid ailələrinə birdəfəlik maddi yardım verildi
  19 Yanvar 2019    Oxunub:3518
20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 20 Yanvar əlillərinə və 20 Yanvar şəhidlərinin ailələrinə birdəfəlik maddi yardımlar verilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Azvision.az -a bildirilib ki, hazırda Azərbaycan Prezidentinin təqaüdü olaraq, 20 Yanvar şəhidlərinin ailələri ayda 300 manat və 20 Yanvar əlilləri - I qrup əlillər 182 manat, II qrup əlillər 158 manat, III qrup əlillər 121 manat təqaüdlə təmin olunurlar. Prezidentin aylıq təqaüdü ilə bərabər, 20 Yanvar şəhidlərinin əmək pensiyası almaq hüququ olmayan ailə üzvlərinin hər birinə kommunal, nəqliyyat və digər xidmətlər üçün aylıq sosial müavinət, 20 Yanvar əlillərinə əlilliyə görə aylıq sosial müavinət və ya əmək pensiyası, həmçinin onların uşaqlarına müavinət ödənilir.

Şəhid ailəsi üzvlərinə pensiya təyinatı zamanı əlavə üstünlük verilməklə, onların əmək pensiyasının baza hissəsinin üzərinə əlavə də hesablanır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ötən dövrdə müharibə əlilləri ilə bərabər, 20 Yanvar əlilləri və şəhid ailələrinin də mənzillə, eləcə də 20 Yanvar əlillərinin minik avtomobilləri ilə təminatı həyata keçirilib. 20 Yanvar əlilləri və şəhid ailələrinin ölkəmizin ali və orta ixtisas təhsil müəssisələrində ödənişli təhsil alan övladlarının təhsil haqqı dövlət büdcəsi hesabına ödənilir: "Bu təbəqədən olan insanlar üçün qanunvericlik aktlarında bir sıra güzəşt və imtiyazlar da əksini tapıb. Qeyd olunanlarla yanaşı, əlilliyi olan şəxslərin tibbi-sosial reabilitasiyası işlərində də 20 Yanvar əlilləri daim diqqətdə saxlanılır".

Azvision.az



Teqlər: 20-Yanvar   ƏƏSMN  





Xəbər lenti