Komitə: “Aksiyada neqativ hallara rast gəlinməyib”

   Komitə:   “Aksiyada neqativ hallara rast gəlinməyib”
  20 Yanvar 2019    Oxunub:2861
İşgəncələrə Qarşı Azərbaycan Komitəsi (İQAK) bu gün saat 15:00 Bakı şəhərinin Yasamal rayonu ərazisində yerləşən Məhsul stadionunda elan olunmuş icazəli aksiyada, ictimai nəzarəti həyata keçirmək məqsədi ilə müşahidə aparıb.
Komitənin məlumatında bildirilib ki, aksiya iştirakçılarının maneəsiz girişi və təhlükəsizliyi üçün tam şərait yaradılıb.

"Aksiyanın gedişində neqativ hallara rast gəlinməyib. Aksiya iştirakçıları öz şüarlarını sərbəst şəkildə səsləndiriblər. Elektrik enerjisinin verilişində və səsgücləndirici qurğuların işləməsində problem yaranmayıb. Polis və aksiya iştirakçıları arasında heç bir insident baş verməyib", - deyə məlumatda qeyd olunub.

Azvision.az



Teqlər: Aksiya  





Xəbər lenti