Prezident Şəhidlər Xiyabanını ziyarət etdi - FOTOLAR

Prezident Şəhidlər Xiyabanını ziyarət etdi -  FOTOLAR
  20 Yanvar 2019    Oxunub:5428
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yanvarın 20-də - Ümumxalq Hüzn Günündə Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin xatirəsini yad ediblər.
Azvision.az xəbər verir ki, dövlətimizin başçısı “Əbədi məşəl” abidəsinin önünə əklil qoydu.

Müdafiə Nazirliyinin əlahiddə nümunəvi hərbi orkestrinin ifasında Azərbaycan Respublikasının dövlət himni səsləndi.

Dövlət və hökumət rəsmiləri, respublikamızdakı dini icmaların başçıları, xarici ölkələrin Azərbaycandakı səfirləri, beynəlxalq təşkilatların nümayəndələri də şəhidlərin əziz xatirəsini yad etdilər.











Azvision.az



Teqlər: Prezident   İlham-Əliyev   20-Yanvar  





Xəbər lenti