“Bu, Azərbaycana qarşı qurama işdir” - Komitə sədri

  20 Yanvar 2019    Oxunub : 2199
 “Bu, Azərbaycana qarşı qurama işdir” - Komitə sədri
"Bir bloggerlə bağlı məsələni şişirdərək Azərbaycana qarşı istifadə edirlər. Guya Avropa Parlamenti qətnamə qəbul edib. Orada müzakirələrə baxanda görürsən ki, cəmi 751 deputatdan 30-u iştirak edib".
Azvision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Onun sözlərinə görə, Avropa Parlamentində olan çıxışlara baxanda görmək olur ki, bu adamlar yazdıqlarını belə oxuya bilmirlər.

"Yazılar bəlkə də onlara çıxışdan 10 dəqiqə əvvəl verilib. Onlar hadisədən bixəbərdirlər. Bu, bir daha onu göstərir ki, bu, qurama işdir. Bunun Azərbaycana heç bir təsiri yoxdur. Çünki Azərbaycanın Avropa Parlamenti qarşısında heç bir öhdəliyi yoxdur. Biz Avropa Parlamentinin üzvü deyilik. Orada çıxarılan qərarlar, sənədlər elə orada da qalır. Orada tək Azərbaycanla bağlı deyil, digər ölkələrlə də bağlı yüzlərlə ikili standartlı qətnamələr var".

M.Qurbanlı qeyd edib ki, əgər Avropa Parlamenti problem axtarırsa, problem onların özündədir: "Avropa ölkələrində baş verən hadisələrə baxın. Orada insan hüquqları pozulur".

Anar Kəlbiyev
Azvision.az

Teqlər: Mübariz-Qurbanlı   Komitə   YAP