20 Yanvar şəhidləri 1 dəqiqəlik sükutla yad edildi - FOTO

20 Yanvar şəhidləri 1 dəqiqəlik sükutla yad edildi -  FOTO
  20 Yanvar 2019    Oxunub:4677
Azərbaycanda saat 12:00-da 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azvision.az xəbər verir ki, Azərbaycan ərazisində nəqliyyatın və piyadaların hərəkəti 1 dəqiqəlik dayandırılıb, Bakı buxtasındakı gəmilər, qatarlar fit verib.
20 Yanvar - Ümumxalq Matəm Günü münasibətilə Azərbaycanın xarici diplomatik korpuslarında, dövlət qurumlarında, hərbi hissələrində və gəmilərdə dövlət bayraqları endirilib.

Qeyd edək ki, bu gün 20 Yanvar faciəsinin törədilməsindən 29 il keçir.







Azvision.az


Teqlər: 20-Yanvar   Sükut  





Xəbər lenti