Axtarışda olan 285 nəfər tutulub

Axtarışda olan 285 nəfər tutulub
  21 Yanvar 2019    Oxunub:2157
Yanvar ayının 20 günündə respublika üzrə 2266 cinayət faktı qeydə alınıb.
Azvision.az Daxili İşlər Nazirliyinin (DİN) saytında yer alan məlumatlara istinadən bildirir ki, yanvar ayının 1-dən 20-dək axtarışda olduğuna görə 285 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Qeyd edək ki, bu müddətdə cinayət törətməkdə şübhəli bilinən 563 nəfər saxlanılıb.

Anar Kəlbiyev
Azvision.az



Teqlər: Cinayət   Axtarış   DİN  





Xəbər lenti