Azərbaycanda 2250 məscid, 14 kilsə var

  21 Yanvar 2019    Oxunub : 1200
 Azərbaycanda 2250 məscid, 14 kilsə var
Azərbaycanda ölkə üzrə 2250 məscid mövcuddur.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən Azvision.az -a verilən məlumata görə, hazırda ölkəmizdə 14 kilsə, 7 sinaqoq fəaliyyət göstərir.

Bundan əlavə, ölkə ərazisində 23 xristian dua evi, 1 bəhai, 1 krişna ibadətgahı var. Belə ki, 2018-ci ildə dini icmaların dövlət qeydiyyatına alınması prosesi davam etdirilib, onların ümumi sayı 909-a çatıb. Onlardan 877-i İslam, 32-i qeyri-islam təmayüllüdür. Bunlardan 21-i xristian, 8-i yəhudi, 2-si bəhai və 1-i krişna şüuru dini icmasıdır.

Azvision.az

Teqlər: Dini-Komitə   Məscid   Kilsə