“30 yaşı var, amma yazmağı bacarmır”

   “30 yaşı var, amma yazmağı bacarmır”
  21 Yanvar 2019    Oxunub:2538
"Cəmiyyəti inkişaf etdirmək üçün qadınları inkişaf etdirmək, onlara geniş yol açmaq lazımdır"

Azvision.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova bildirib.
"Əgər qadın təhsilli, savadlıdırsa, hünəri, cəsarəti varsa, o yol tapıb iş görəcək. Bakı kəndlərində qadınlarla görüşəndə görürük ki, 30 yaşı var, amma yazmağı bacarmır. Belə qadınlarla tədbirlərin keçirilməsi, həyatda yolunun işıqlandırılması vacibdir. Dövlət komitəsi 5 ildən bir BMT-nin müvafiq komitəsinə hesab verir. Qadınların iqtisadi inkişafı baxımından üzümüz ağdır və hesabatda deyiləcək sözümüz çoxdur".

S.Qəhrəmanova, həmçinin qeyd edib ki, 2011-ci Dövlət Komitəsi tərəfindən qadınlarla bağlı başladılan layihə çərçivəsində hazırda 102 sahibkar qadın fəaliyyət göstərir. "Bu qadınlar 50-ə yaxın insanı işə götürüb.. 2018-ci ildə 28 qadın öz biznesinə başlayıb, onlar ayrı-ayrə sahələr üzrə 17 nəfəri işə qəbul ediblər. Amma ümumilikdə müəyyən bacarıqları öyrənən 6 minə yaxın qadın bu layihədən bəhrələnib".

Aytən Zəhra
Azvision.az



Teqlər:





Xəbər lenti