İnam Kərimov qəbul keçirəcək

  21 Yanvar 2019    Oxunub : 801
İnam Kərimov qəbul keçirəcək
Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri İnam Kərimov 25 yanvar 2019-cu il tarixdə, saat 11:00-da Xaçmaz Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Quba, Qusar, Xaçmaz, Siyəzən və Şabran rayonlarının sakinləri ilə görüşəcək.
Nazirlikdən Azvision.az -a verilən xəbərə görə, görüşdə iştirak etmək istəyənlər Xaçmaz Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-524-84-15) müraciət edə bilərlər.

Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı mərkəzi” (1652) və elektron poçtu ([email protected]) vasitəsi ilə də qeydiyyatdan keçmək olar.

Azvision.az

Teqlər: Qəbul   Nazir