Narkotik alverçisi iş başında yaxalandı

  21 Yanvar 2019    Oxunub : 1105
Narkotik alverçisi iş başında yaxalandı
Astara rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti uğurlu əməliyyat tədbiri nəticəsində 5,6 kiloqramdan artıq narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Azvision.az -a verilən məlumata görə, Astara RPŞ-nin əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə dəfələrlə məhkum olunmuş rayonun Şahağacı kənd sakini Fikrət Cabbarov narkotik vasitəni satarkən saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı 1 ədəd bükümdə 17 qram çəkidə narkotik vasitə olan tiryək aşkar edilərək götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq F. Cabbarovun Astara rayonunun Şahağacı kəndində yerləşən yaşadığı evə keçirilən baxış zamanı 3 ədəd bağlamada ümumi təmiz çəkisi 5 kiloqram 655 qram narkotik vasitə olan tiryək və 1 bükümdə çəkisi 10 qram olan psixatrop maddə hesab edilən metamfetamin aşkar edilərək götürülüb.

Faktla bağlı Astara RPŞ-nin istintaq bölməsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırma aparılır.



Azvision.az

Teqlər: Narkotik   Astara