Əhalinin sayı açıqlandı - 10 milyona az qaldı

  21 Yanvar 2019    Oxunub : 1405
 Əhalinin sayı açıqlandı - 10 milyona az qaldı
Azərbaycanda demoqrafik vəziyyət açıqlanıb.

Dövlət Statistika Komitəsindən Azvision.az -a verilən məlumata görə, ölkə əhalisinin sayı ötən ilin əvvəlindən 76493 nəfər artaraq 2018-ci il dekabr ayının 1-də 9974578 nəfərə çatıb.
Ölkədə bir kvadrat kilometrə düşən əhalinin sayı 115 nəfər olub. Ümumi əhalinin 52,9 faizi şəhərdə, 47,1 faizi kəndlərdə yaşayır. Əhalinin 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.

Azvision.az

Teqlər: DSK   Əhali