Səfir Eleonora Hüseynova vəfat edib

  22 Yanvar 2019    Oxunub : 1355
 Səfir Eleonora Hüseynova vəfat edib
Azərbaycanın fövqəladə və səlahiyyətli səfiri Eleonora Hüseynova vəfat edib.
Azvision.az Report-a istinadən xəbər verir ki, E.Hüseynova 72 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, E.Hüseynova 1947-ci ildə Bakı şəhərində anadan olub. O, 1994-2004 Azərbaycan Respublikasının Fransa Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri, 2004-2013-cü illərdə Azərbaycanın YUNESKO yanında daimi nümayəndəsi olub. Vəfat edənə qədər fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsini daşıyırdı.

Azvision.az

Teqlər: Səfir