İmişlidə qanunsuz ov edən ərəblər saxlanıldı

  22 Yanvar 2019    Oxunub : 1453
 İmişlidə qanunsuz ov edən ərəblər saxlanıldı
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən İmişli rayonunun Xəlfəli kəndinin yaxınlığında icazəsiz ov edən əcnəbi vətəndaşlar saxlanılıb.
ETSN-dən Azvision.az -a verilən məlumata görə, brakonyerlərin Birləşmiş Ərəb Əmirliyi vətəndaşları Suhail Ali Obaid Dhaher Almuharrami və Mubarak Mohammed Salem Balmur Alameri olduğu müəyyən edilib.

Faktla bağlı akt, protokol tərtib olunub və onlara ümumilikdə 4330 manat məbləğində cərimə tətbiq edilib. Onlardan adı “Qırmızı Kitabı”na düşən bəzgək quşları götürülərək təbiətə buraxılıb.

Azvision.az

Teqlər: ETSN   Ov