Bu günədək Bakı-Gəncə sürət qatarı ilə 1020 sərnişin daşınıb

  22 Yanvar 2019    Oxunub : 1380
 Bu günədək Bakı-Gəncə sürət qatarı ilə 1020 sərnişin daşınıb
Bakı-Gəncə sürət qatarından bu günə qədər hər iki istiqamətdə 1020 sərnişin daşınıb.
Bu barədə Azvision.az a “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib.

Qeyd edək ki, Bakı-Gəncə sürət qatarı 2018-ci il 29 dekabr tarixində fəaliyyətə başlayıb. Sürət qatarı hər ayın cüt tarixlərində Bakıdan, tək tarixlərində isə Gəncə şəhərindən saat 09:00-da yola düşür. Qatarın yolda olma müddəti 4 saat 28 dəqiqə təşkil edir.

Qatarın Biləcəri, Yevlax və Goran stansiyalarında dayanacaqları mövcuddur. 4 vaqondan ibarət qatarda Birinci class (9 yer), Biznes (62 yer) və Standart (296 yer) olmaqla, cəmi 367 oturacaq yer var. Gediş biletləri dəmiryol kassalarında və internet saytında onlayn satılır.

Aytən Zəhra
Azvision.az

Teqlər: Gəncə   Qatar