Azərbaycana ən çox hansı ölkədən turist gəlir? - Statistika

  22 Yanvar 2019    Oxunub : 1417
 Azərbaycana ən çox hansı ölkədən turist gəlir? - Statistika
2018-ci ildə Azərbaycana dünyanın 196 ölkəsindən 2 milyon 849,6 min və ya əvvəlki illə müqayisədə 5,7 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Dövlət Statistika Komitəsindən Azvision.az -a verilən məlumata görə, gələnlərin 30,9 faizi Rusiya Federasiyası, 21,4 faizi Gürcüstan, 10,2 faizi Türkiyə, 8,5 faizi İran, 3,3 faizi Birləşmiş Ərəb Əmirlikləri, 2,6 faizi Səudiyyə Ərəbistanı, 2,4 faizi İraq, 2 faizi Ukrayna, 1,4 faizi İsrail, 17,2 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olub. Gələnlərin 66,1 faizini kişilər, 33,9 faizini isə qadınlar təşkil edib.

Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin 6,5 faizi yanvar, 5,8 faizi fevral, 9,7 faizi mart, 7,7 faizi aprel, 7,3 faizi may, 9,5 faizi iyun, 11,6 faizi iyul, 11,3 faizi avqust, 8,1 faizi sentyabr, 7,4 faizi oktyabr, 7,5 faizi noyabr, 7,6 faizi isə dekabr ayında ölkəyə gəlib.

Ötən il Körfəz ölkələrindən (Birləşmiş Ərəb Əmirlikləri və İran istisna olmaqla) gələnlərin sayında daha çox artım müşahidə edilib. 2017-ci illə müqayisədə ölkəmizə gələn Səudiyyə Ərəbistanı vətəndaşlarının sayı 2,2 dəfə, Bəhreyn vətəndaşlarının sayı 2 dəfə, Küveyt vətəndaşlarının sayı 1,8 dəfə, Qətər vətəndaşlarının sayı 1,6 dəfə, İraq vətəndaşlarının sayı 7,9 faiz, Oman vətəndaşlarının sayı 7,4 faiz artıb. İrandan gələnlərin sayında 33,7 faiz, Birləşmiş Ərəb Əmirliklərindən gələnlərin sayında isə 8,3 faiz azalma müşahidə edilib. Ümumilikdə Körfəz ölkələrindən 554,1 min nəfər gəlib və ölkəmizə gələnlərin demək olar ki, hər beş nəfərindən biri bu ölkələrin vətəndaşları olub.

2017-ci ilə nisbətən Hindistandan gələnlərin sayı 2,7 dəfə, İsraildən gələnlərin sayı 2,6 dəfə, Misir, Türkmənistan və Koreya Respublikasından gələnlərin sayı 1,7 dəfə, Çindən gələnlərin sayı isə 1,5 dəfə artıb. 2018-ci ildə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 6,7 faiz artaraq 112,5 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 3,8 faiz çoxalaraq 1 milyon 44,2 min nəfər təşkil edib. Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 57,5 faizi dəmir yolu və avtomobil, 41,5 faizi hava, 1 faizi isə su nəqliyyatından istifadə edib.

Azvision.az

Teqlər: Statistika   Turist