Qazaxda 2 raket aşkar edilib

Qazaxda 2 raket aşkar edilib
  23 Yanvar 2019    Oxunub:1688
Qazax rayonunda partlamamış 2 ədəd raket aşkar olunub.
Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Azvision.az -a verilən məlumata görə, bu gün saat 13:20-də Dövlət Sərhəd Xidmətindən Agentliyə Qazax rayonu, Böyük Cəfərli kəndi ərazisində 2 ədəd mərminin tapılması barədə məlumat daxil olub.

Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının əməkdaşları tərəfindən birlikdə Azərbaycan-Ermənistan sərhəddinə (Dövlət Sərhəd Xidmətinin xidməti ərazisinə) baxış keçirilib. Təhlükəsizliyin təmin edilməsi məqsədilə ərazi Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının əməkdaşları tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 2016-cı il istehsalı olan, düşmən tərəfindən atılmış və partlamamış 2 ədəd 40 mm-lik PQ-7V raketi aşkar olunub, daşınması mümkün olmadığına görə Agentliyin mütəxəssisləri tərəfindən yerində zərərsizləşdirilib.

Raketlərin ətrafında 600 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Azvision.az


Teqlər: ANAMA   Qazax   Raket  





Xəbər lenti