Komitə sədri Şirvanda vətəndaşları qəbul edəcək

Komitə sədri Şirvanda vətəndaşları qəbul edəcək
  23 Yanvar 2019    Oxunub:1351
Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev yanvarın 26-da saat 11:00-da Şirvan şəhərindəki Gənclər evində (Şirvan şəhəri, Naxçıvan küç. 1B ) bu bölgədən olan vətəndaşları qəbul edəcək.
Komitədən Azvision.az -a verilən məlumata görə, qəbul zamanı bölgədə yerləşən-Şirvan şəhərinin, Sabirabad, Saatlı, İmişli, Beyləqan rayonlarının sakinlərinin, eləcə də bu bölgədə məskunlaşan məcburi köçkünlərin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

Qəbulda iştirak etmək istəyən vətəndaşlar “195” Çağrı Mərkəzi, Dövlət Gömrük Komitəsi (əlaqə telefonu: (012) 404-22-00), Cənub Ərazi Baş Gömrük İdarəsi, Şirvan gömrük postu (əlaqə telefonu: (021) 215-34-10) ilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.

Azvision.az


Teqlər: DGK   Komitə   Səfər-Mehdiyev  





Xəbər lenti