Ərdoğan Rusiyaya səfərə getdi

   Ərdoğan Rusiyaya səfərə getdi
  23 Yanvar 2019    Oxunub:1934
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya səfərə gedib.
Azvision.az xəbər verir ki, səfər zamanı Ərdoğan Rusiya lideri Vladimir Putinlə görüşəcək.

Həmçinin, iki ölkənin nazirləri və rəsmilərinin iştirakı ilə heyətlərarası görüş olacaq. Görüşdə Rusiya ilə Türkiyə arasında ikitərəfli münasibətlərlə yanaşı, Suriya böhranı, eləcə də bəzi regional və beynəlxalq məsələlər haqqında fikir mübadiləsi aparılacaq.

Azvision.az


Teqlər: Ərdoğan   Putin   Rusiya  





Xəbər lenti