Xəstəxanaya yerləşdirilən xalq artistinin vəziyyəti necədir? - Oğlu danışdı

   Xəstəxanaya yerləşdirilən xalq artistinin vəziyyəti necədir? -    Oğlu danışdı
  23 Yanvar 2019    Oxunub:5621
“Ceyran xanımın ciddi problemi yoxdur. Həkim nəzarətində saxlamaq üçün bir həftəlik xəstəxanaya yerləşdirdik”
Bu barədə Azvision.az -a Xalq artisti Ceyran Haşımovanın oğlu Rəşad Haşımov anasının səhhəti ilə bağlı açıqlamasında deyib. O, bildirib ki, C.Haşımova təzyiq problemi ilə əlaqədar xəstəxanaya yerləşdirilib.

“Anamım təzyiqi qalxmışdı, həkim məsləhət gördü ki, bir həftəlik xəstəxanaya yerləşdirək. Orada anama sistem köçürürlər. Ev şəraitində müalicəsi məsləhət görülmədi. Ancaq ciddi, narahatedici problem yoxdur. 85 yaşı var, yaşlı adamdır. Təzyiqi bəzən qalxır, bəzən düşür. Bütün yaşlı insanlarda olduğu kimi onda da təzyiq oynayır. Bu dəfə gördüm ki, bir neçə gün təzyiqində problem yaranır. Hər ehtimala qarşı onu xəstəxanaya apardım. Evdə müalicəsinə risk etmədim”, - deyə Xalq artistinin oğlu qeyd edib.

Şahanə Rəhimli
Azvision.az



Teqlər: Ceyran-Haşımova  





Xəbər lenti