Rusiya təyyarəsini qaçırıb Azərbaycana gəlmək istədi - VİDEO

  Rusiya təyyarəsini qaçırıb Azərbaycana gəlmək istədi -    VİDEO
  23 Yanvar 2019    Oxunub:24801
Xəbər verdiyimiz kimi, ötən gün Rusiyanın əvvəllər oğurluq, narkotik ticarəti və xuliqanlığa görə məhkum edilmiş 41 yaşlı vətəndaşı Pavel Şapovalov “Aeroflot” dövlət şirkətinə məxsus “Boeing 737” sərnişin təyyarəsi ələ keçirmək istəyib.
Azvision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Şapovalov stüardessaya yaxınlaşaraq onu təhdid edib, laynerin marşrutunu Azərbaycana doğru dəyişməsini istəyib. Sonra fikrini dəyişərək təyyarənin istiqamətini Əfqanıstana yönəltməyi tələb edib.

Sərnişinlərin həyəcanı və yaranmış ciddi vəziyyətlə əlaqədar Surqut-Moskva reysini yerinə yetirən təyyarə Xantı-Mansiysk şəhərində məcburi eniş edib. Rusiyanın Milli Anti-Terror Komitəsindən bildirilib ki, eniş zamanı təyyarəni ələ keçirməyə çalışan şübhəli dərhal həbs edilib. Onun üzərindən silah tapılmayıb. Hadisə zamanı Şapovalov içkili olub

Onun barəsində psixoloji ekspertiza təyin olunub, dindirmə zamanı psixiatrda qeydiyyatda olduğunu bildirib. Məlum olub ki, 41 yaşlı Şapovalov Xantı-Mansi sakinidir. Əvvəllər ailəli olub. Mütəmadi spirtli içki qəbul etdiyinə görə ailəsi ondan imtina edib.



Azvision.az



Teqlər: Rusiya   Təyyarə  





Xəbər lenti