Azərbaycan sülhməramlıları Cənubi Sudana yola düşdü

 Azərbaycan sülhməramlıları Cənubi Sudana yola düşdü
  23 Yanvar 2019    Oxunub:2896
Azərbaycan Ordusunun iki zabiti BMT-nin mandatı altında həyata keçirilən sülhməramlı missiyada hərbi müşahidəçi qismində iştirak etmək üçün Cənubi Sudana göndərilib.
Bu barədə Azvision.az -a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, keçən il noyabrın 30-da Silahlı Qüvvələrin 4 nəfərdən ibarət hərbi heyətinin BMT-nin sülhməramlı missiyasının (UNMİSS) komandanlığı altında Cənubi Sudan Respublikasında yerləşdirilməsinə və missiyada iştirak etməsinə razılıq verilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarı qəbul olunub.

Azvision.az



Teqlər: MN   Sudan   Sülhməramlı  





Xəbər lenti