İki rayonun polis şöbəsində kadr dəyişikliyi

  23 Yanvar 2019    Oxunub : 1300
 İki rayonun polis şöbəsində kadr dəyişikliyi
Goranboy rayon Polis şöbəsində kadr dəyişiklikləri olub.
Məlumata görə, Teymur Əfəndiyev Goranboy rayon Polis şöbəsinin rəisi, polis polkovnik-leytenantı Ramin Əhmədağa oğlu Qədirova yeni müavin təyin olunub. O, bu təyinatədək Qəbələ rayon Polis şöbəsinin İstintaq bölməsinin rəisi işləyib.

Bundan əlavə, polis mayoru Elnur Heydərli Goranboy rayon Polis şöbəsinin İstintaq bölməsinin rəisi təyin edilib. O, bu təyinatadək Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsində çalışıb.

Goranboy rayon Polis şöbəsi İstintaq bölməsinin əvvəlki rəisi, polis mayoru Elçin Əzizov isə Samux rayon Polis şöbəsinin İstintaq qrupunun baş müstəntiqi vəzifəsinə təyin olunub. (Report)

Azvision.az

Teqlər: