Dənizçilərə yubiley medalı verilib

  23 Yanvar 2019    Oxunub : 573
Dənizçilərə yubiley medalı verilib
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) əməkdaşlarına “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi (1858-2018)” Azərbaycan Respublikasının yubiley medalı təqdim olunub.
QSC-nin mətbuat katibliyindən Azvision.az -a bildirilib ki, təqdimetmə mərasimində ASCO sədrinin birinci müavini Mübariz Cabbarov ölkəmizdə gəmiçilik sahəsinə göstərilən diqqət və qayğıdan danışıb, mükafatçıları təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Yubiley medalına layiq görülənlər əməklərinə verilən yüksək qiymətə görə minnətdarlıqlarını bildirib, bundan sonra da qarşıya qoyulan vəzifələri uğurla yerinə yetirəcəklərini deyiblər.



Azvision.az

Teqlər: Medal