Ərdoğan-Putin görüşü başa çatdı - Yenilənib

 Ərdoğan-Putin görüşü başa çatdı -  Yenilənib
  24 Yanvar 2019    Oxunub:3697
Rusiya prezidenti Vladimir Putinlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında görüş başa çatıb.

Azvision.az xəbər verir ki, hazırda Moskvada işgüzar səfərdə olan Ərdoğan Putinlə bir sıra mövzular ətrafında fikir mübadiləsi aparıb.
Danışıqlar zamanı əsasən İdlib əyalətində və Suriyanın şimalındakı vəziyyət müzakirə olunub. Görüşdən sonra prezidentlər birgə mətbuat konfransı keçiriblər.

Ərdoğan bəyan edib ki, İdlibdə terrorçulara qarşı birgə müzakirə aparılacaq. Putin isə Suriya probleminin diplmatik yolla həllinə tərəfdar olduğunu diqqətə çatdırıb.



Rusiya prezidenti, həmçinin vurğulayıb ki, ölkəsi terrorçuluğa qarşı mübarizədə Türkiyə ilə yeni mövqeyə malikdir.

Qeyd edək ki, Ərdoğanı Rusiya səfərində Türkiyənin daxili işlər naziri, müdafiə naziri, Milli Kəşfiyyat Təşkilatının başçısı və bir sıra digər idarələrin rəhbərləri müşayiət edirlər.

Azvision.az



Teqlər: Ərdoğan   Putin   Moskva  





Xəbər lenti