Ələkbərov Azərbaycana qayıdacağını bəyan etdi

 Ələkbərov Azərbaycana qayıdacağını bəyan etdi
  24 Yanvar 2019    Oxunub:6218
Rusiyanın “LUKoil” neft şirkəti Xəzərin Azərbaycan və Qazaxıstana məxsus şelfində yeni kəşf olunan geoloji bloklarda tədqiqat işləri aparır.
Azvision.az “İnterfax”a istinadən xəbər verir ki, bu barədə Davosda keçirilən Dünya İqtisadi Forumu zamanı Prezident İlham Əliyevlə görüşündən sonra “LUKoil” şirkətinin prezidenti Vahid Ələkbərov bildirib.

“Azərbaycandakı yeni geoloji kəşfiyyat bloklarını nəzərdən keçiririk, SOCAR ilə birgə araşdırırıq. Hansı bloklar olduğunu demək istəmirəm, məsələ erkən mərhələdədir”, - deyə azərbaycanlı milyarder bəyan edib.

V.Ələkbərov, həmçinin Xəzər dənizi ərazisində daha çox işlər görməkdə maraqlı olduqlarını əlavə edib.

Azvision.az



Teqlər: Lukoil   Vahid-Ələkbərov  





Xəbər lenti